43748.fb2 Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 12

Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 12

OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT

Sən, ey on dörd yaşlım, hər elmə yetkin!Gözündə əksi var iki aləmin!Yeddi yaşar oldun o zaman ki, sən,Açıldın gül kimi, güləndə çəmən.Indi ki, çatmışdır yaşın on dördə,Başın sərv kimi durur göylərdə.Qəflətdə oynama, qeyrət vaxtıdır,Indi hünər vaxtı, şöhrət vaxtıdır.Ucalmaq istəsən, bir kamala çat,Kamala ehtiram göstərər həyat.Uşaqkən əslini sorsalar bir az,Ağac bar verəndə cinsi sorulmaz!Elə ki, böyüdün, belədir qayda,Atanın adından sənə nə fayda?Sən, aslanlar kimi, keç cəbhələrdənYalnız hünərinin balası ol sən!Səadət kamalla yetişir başa,Xalqa hörmət elə, ədəblə yaşa.Başına əfsanə düşdüyü zamanAllah qorxusunu unutma bir an.Öz adına layiq işlər gör ki, sənAxırda utanma xəcalətindən.Oğul, sözlərimə yaxşı qulaq as!Ata nəsihəti faydasız olmaz.Görürəm, şöhrətdə ləyaqətin var,Şerdə, sənətdə məharətin var.Şairlik eləmə! Dövrə bax ki, bir,Tərif əvəzinə pislənir şer.Şerdən ucalıq umma dünyada,Çünki Nizamiylə qurtardı o da.Hərçəndi sənətin çox rütbəsi var,Həyata faydalı bir elim axtar.Bu əyri çizgilər cədvəlində sənÖzünü şərh edib, özünü öyrən!Ol öz vicdanının sirrinə açar,Çünki bu mərifət qəlbə nur saçar.Elmlər elmidir demiş peyğəmbərDin elmi, təbabət elmi müxtəsər.Göbəkdəki ətri bu iki elminFəqihlə təbibdir bunu bil yəqin.Fəqih olsan əgər itaətkar ol,Hiylədən, riyadan daim kənar ol.İsa mərifətli həkim ol, amma,İnsanı öldürən bir həkim olma.Həm həkim, həm fəqih olsan sən, əgər,Hamının yanında adın yüksələr.Həyat da, ölüm də qul olar sana,Səadət və şöhrət düşər payına.Bir elim öyrənmək istədikdə sənÇalış ki, hər şeyi kamil biləsən.Kamil bir palançı olsa da insan,Yaxşıdır yarımçıq papaqçılıqdan.Məndən söyləməkdir, səndən eşitmək,Bir insan əliboş gəzməsin gərək.