Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 16
Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 16
ANAM RƏİSƏNİN XATİRƏSİ
Kürd qızı anam da bizi tərk etdi,Bir ana qəlbiylə dünyadan getdi.Nə qədər ağlayıb, yansa da ürək,Anama dil verən varmıdır, görək?Çəkməklə qurtarmaz bu dərdi insan,Bu girdab dərindir insan boyundan.Daşmışdır ələmin, qəmin kasası,Bu qəm min nəfəsə içilər, azı.Bu ucsuz, bucaqsız dərd ölkəsinəDərdi unutmaqdır bir əlac yenə.Saqi! Şərab ver ki, mənzil uzaqdır,Xəyalım bu yolda yorulacaqdır.Bir şərab gətir ki, başa şur gəlsin,Hər addım başında min baş yüksəlsin.