Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 20
Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 20
ŞÖHRƏTİ UNUTMAQ
İlan tək dikbaşlı gəzmə, ey insan!Aşacaq dünyanın seli başından.Yeddi başın olsa, əıdəhalar tək,Onun yeddisi də yerə düşəcək.Çox da yüksəkliyə ucalma ki, sənTorpağa düşəndə inciməyəsən.Nə qədər alçaqdan yıxılsa adam,O qədər ağrısı az olur müdam.Dünyada yer kimi ağır dolansan,Üç gövhər arxanda qalacaq, inan!Bütün gövhərlərin rəngi parlaqdır,Hamsından xoş gələn yenə torpaqdır,Torpaqda gizlidir o üç yoldaş da,Yenə də torpaq var o üç yoldaşda.Saqi, lalə rəngli bir şərab yetir!Qarşıma çəng ilə bir badə gətir!Onunla sabahın üzü şad olur,Onunla ruh evi tez abad olur.