43748.fb2 Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 21

Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 21

KEÇƏN ÖMRÜ UNUTMAQ

Yenəmi dərd çəkim sabahki qəmdən?Görüb bildiyimi danışmayım mən?Keçən günlərin də adını az tut,Yaxşısı budur ki, bir dəfə unut!Bir qəlyanaltıydı keçən ömürlər.Indi o keçmişdən qalmamış əsər.Onları köhnə bir səhifə düşün,Dünən yazılmışlar yazılmaz bu gün.Tutaq ki, yeddi göy, yeddi yeri sənYeddi min il qalıb, bildin əzbərdən;Axıra çatsa da bu yeddi min il,Dünyanın axırı görünən deyil.Uzun da, qısa da olsa qəddimiz,Yenə də ölməyə yaranmışıq biz.Saqi, piyaləni ver səhər-səhər!İçməmiş məst olum, mən üzügülər.O şərab gün kimi şölələr salsın,Qurumuş çeşmələr ondan su alsın.