Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 52
Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 52
IBN-SƏLAMIN DASTANI
Məna dənizinin qəvvası insanSəpmiş bu şəkəri dodaqlarından:Nofəlin qələbə çaldığı gündəŞadlandı Leylinin qəlbi köksündə.Qəlbə işıq saçan o gözəl nigarDedi: «Sevin, Leyli, qalib çıxdı yar…»Bu zaman atası gəldi vüqarla,Güldü bığ altından o, iftixarla,Öz əmmaməsini kəc qoyub haman,Dil açıb dəm vurdu dilbazlığından:«Bu gün hiylə töküb tor quraraq mənQurtardım yaxamı o divanədən.Verdim cavabını dönməz bir üzlə,Onu suya verdim quruca sözlə.Bu tanrı vergisi dilimə görəO allah qarğamış Nofəl bilmərrəƏl çəkdi fikrindən, o xam xəyaldan,Öz tamah dişini çəkdi visaldan.Allaha şükür ki, qurtardıq ondan,Onun da payını versin yaradan».Leyli eşitdikcə bu hekayətiGözündə çağladı can şikayəti…Çadırda gizləndi o dərdli pəri,Qan sıxıb, qan tökdü ağlar gözləri.Gözlərindən axan o qanlı yaşlarKeçdiyi yollarda qoymadı qubar.Bilincə itmişdir yenə o baxtsız,Əlini, qolunu dişləyirdi qız.Saf qan axıdırdı gözündən mələk,Bu sudan özünə zinət verərək.Nərgislə suvardı qız ərğəvanı,Hovuza batırdı o, xeyzəranı.Onun nə hal duyan bir kəsi vardı,Nə bir dost dərdinə çarə tapardı.Qapını, bacanı bağlayıb möhkəm,Dustaq ilan kimi yaşardı sənəm.Yalnız, qapısından əsən küləklərƏtrindən hər yana verirdi xəbər.Adlı adamlar da evlənək deyə,Elçi göndərirdi hər gün Leyliyə.Hamısı dəm vurub öz dövlətindən,Ər olmaq istərdi ona hər yetən.O dürrün dalınca hey mahal-mahalDüşmüşdü ortaya minlərlə dəllal.Birinin o bala iştahı vardı,Başqası o taxta əl uzadardı.Atası qızını tutub ürəkdə,Onu inci kimi saxlardı bərkdə.Kamala yetişmiş o gümüşbədənŞüşəni gözlərdi daşdan, küləkdən.Yüz min ehtiyatla yeyirdi dildar,Qəlbini gizlincə, şərabı aşkar.Şam kimi gülərək, qızarsa da qız,Bu gülüş altında yanardı yalnızGül kimi iki lay kəmərli müdamAyağında nizə, əllərində şam.Bütün möhnətlərə o dözə-dözə,Çəkdiyi ağrını vurmazdı üzə.Ulduzlar içində bir ay durmuşdu,Çadrına yüz Zöhrə halqa vurmuşdu.