43748.fb2 Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 62

Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 62

HEKAYƏ

Qədimdə belə bir rəvayət varmışKi, Mərv ölkəsində bir şah yaşarmış.Bir neçə köpəyi zəncirləyərək,Bəndlərdə saxlardı onları div tək.Itlərdə əıdaha qüvvəti vardı,Dəvənin boynunu qopararlardı.Acıqlanan zaman şah bir nəfərə,Atarmış yazığı quduz itlərə.Şahın qəzəbinə düşsəydi hər kəs,Köpəklər dağıdıb yeyərdi dinməz.Şahın yaxın olan adamlarındanAğıllı, kamallı bir nəfər cavanQorxdu ki, dostları qıran bu cəlladGünlərin birində olsun ona yad,Onun ahusunu öz vərdişiyləSınaqdan keçirsin köpək dişiylə.İtlərdən qorxaraq, min həyəcanlaO gedib dostlaşdı it saxlayanla.İtlərin yanına gəlcək hər kərə,Bir qoyun atardı vəhşi itlərə.Bu yolda bəsləndi, saxlandı itlər,O gəncdə qalmadı qorxudan əsər.O açıq əllini görən hər köpəkOna qul olmuşdu, boyun bükərək.Bir gün, acıqlandı şah o cavana,Üzünü, gözünü turşutdu ona.Cəllada əmr etdi haman zülümkar:«Bu gənci bu saat itlərə apar!»O itməcazlılar itlik etdilər,İt pay qapan kimi alıb getdilər.Gəncin əl-qolunu bağlayıb haman,İtlərə atdılar onu kənardan.O dəmirpəncəli, o pələng itlərƏvvəlcə cavana hücum etdilər.Ancaq, tanıyınca baxıb durdular,Quyruq bulayaraq boyun burdular.Hamsı yerə yatdı üzləri üstə,Yatdılar baş qoyub dizləri üstə.Gəncə dayə kimi oldular, bilsən.Bir gün gəlib keçdi bunun üstündən,Üzünü göstərdi ağ səhər yenə,Boyandı üfüqlər qızıl rənginə.Şah peşiman oldu öz tutduğundan,Yaxın nədimlərə söylədi bu an«Dünən o günahsız ahucuğu mənSəhv edib itlərə verdim əlimdən.Bir baxın, görün ki, o quduz itlərGəncin vücudundan qoydumu əsər?»Itləri saxlayan gəldi çaparaq,Dedi ki: «Ey şahım, sən sirrə bir bax,Bu gənc — insan deyil, mələkdir, mələk.Onu sayəsində saxlayır fələk.Qalx, gəl, bir ondakı işığa bax sən,Tanrı sənətini bəlkə görəsən.Itlərin ağzında sağ oturmuşdur.Onların ağzına möhür vurmuşdur.O əıdahaüzlü canavar itlərOnun tükünə də verməmiş zərər».Şah əmr eylədi ki: «Dayanmaq olmaz,O əldən getmişi tez edin xilas».İtlərin yanından, yol məmurlarıGənci gətirdilər saraya sarı.Şah heyran qaldı ki, o igid cavanNecə can qorumuş o quduzlardan.Ağlaya-ağlaya göz yaşı tökdü,Ondan üzr istəyib, diz üstə çökdü.Dedi ki: «Aç, söylə sən, ey qəhrəman,Necə can qurtardın o quduzlardan».Gənc dedi: «Əvvəlcə çəkinib səndən,Tikələr atmışdım o itlərə mən.Etdiyim yaxşılıq getmədi hədər,Itlər öz ağzını möhürlədilər.Lakin qulluq etdim düz on il sənə,Axırda bu cürə haq verdin mənə.Sən məni itlərə atdınsa əgər,Yaxşı ki, dost yeyən deyilmiş itlər.Dostluğu səndə yox, itdə gördüm mən,It bilən hörməti ayaqladın sən.It sənə dost olar, bir sümük atsan,Namərd qədir bilməz, olsan da qurban».Şah heyran qaldı ki, bu nə hekmətdir,Bildi ki, səadət — insaniyyətdir.Qəflət yuxusundan ayıldı birdən,Əl çəkdi itlikdən, itpərəstlikdən.Bunu söyləməkdən bir məqsədim var:Səxavət qələdir, o, can qoruyar.Məcnun bəslədikcə o heyvanları,Çəkdi dövrəsinə bir can hasarı.Hasar ətrafında gəzən hər heyvanMəcnunun işinə yarardı hər an.Bir yerdə dursa da, qalxsa da əgər,Yanından getməzdi dostu vəhşilər.Məcnuna bənzəsən insanlıqda sən.Dünyada nə qüssə, nə dərd çəkərsən.Xəlifə də yesə süfrəndə nemət.Yeməyi səndənsə, qulundur, əlbət.