Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 83
Leyli v? M?cnun - читать онлайн бесплатно полную версию книги . Страница 83
ZEYDİN LEYLİ VƏ MƏCNUNU YUXUDA GÖRMƏSİ
Bütün ömrü boyu dərd əhli olanZeydə rəhmət olsun, görüm hər zaman.O, nur çeşmələrin məqbərəsindənBir an da uzağa getməzdi, bilsən!Leyliylə Məcnunun nə vaxtdan bəriEşq üçün dediyi xoş qəzəlləriBəsirət gözüylə hafizəsindənArayıb, axtarıb, toplayıb bəzən,Gəlib gedənlərə verərdi xəbər,Afərin deyirdi qulaq verənlər.O iki aşiqdən qalan yadigar,Aləmə Zeyd ilə oldu aşikar.Bir gün dostlarını anaraq yenəAğlayıb onların bu taleinə,Dedi: «Nakam ölən, yazıq aşiqlərIndi bir-birindən tuturmu xəbər?Bəlkə yer altında kərpiç olmuşlar,Ya behişt taxtında tutmuşlar qərar.Nafənin başını qaşıyan gecəGündüzün üstünə ənbər səpincəZeydin yuxusuna girdi bir mələk,Bir behişt göründü şəfəqlənərək.Onun həyətində böylu sərvlərŞad idi bəxtiyar könüllər qədər,Hər gülün, çiçəyin ətəyində bağ,Hər gül yarpağında yanar bir çıraq.Hər çəmən qoynunda bir behişt vardı,Yanar gözlər kimi işıqlanardı.Zümrüdə bənzərdi o yer, dedikcə,Parlaq görünürdü göz işlədikcə.Əlində cam tutmuş hər növrəstə gül.Baxıb dil açmışdı sövdalı bülbül.Irmaqlar sim üstdə tutmuşdu qərar,Quşlar orda min bir nəğmə oxuyar.Güllər kölgəsində güldükcə səhər,Bir taxt qurulmuşdu günəşə bənzər.O taxt bəzənmişdi bir behişt qədər,Onu bəzəmişdi ipək xəlçələr.Orda iki mələk qoşa durmuşdu,Nəcat dərgahında cüt oturmuşdu.Onlar nur içində hurilər qədərBaşdan ayağadək bəzənmişdilər.Əldə şərab vardı, könüldə bahar,Sövdadan danışıb, deyirdi onlar.Gah şərab edirdi onlara əsər,Gah dodaq-dodağa öpüşürdülər.Gah keçən sövdanı anırdı onlar,Gah da qoşa yatıb kam alırdılarO taxta bir qoca baş söykəyərək,Durmuşdu onların qulluğunda tək.Qoca, aşiqlərin başına hər anŞabaş dağıdırdı asimanlardan.Zeyd bu yuxunu gördüyü zamanSoruşdu gizlicə göy qocasından:Əlləri qədəhli bu iki nəfər,Bu behişt bağında, de, nəçidilər?O can mənzilində havalanmışlar.Hardan bu məqamda tutmuşlar qərar?»O, dilsiz qoca da ona bir təhərEyhamla fikrini dedi, müxtəsər:Dedi ki: «Dost olmuş bu iki vicdanYoldaş yaranmışdır başdan, binadan.Biri doğruluqda dünya şahıdır,O biri qəlb alan qızlar mahıdır.O dediyim ayın adı Leylidir,Yanındakı şaha Məcnun deyilir.Səfa sandığında bu iki nəfərEşq ilə yaşamış saf ləldirlər.Rahatlıq görməyib fani dünyada,Indi yetişmişlər yalnız murada.Burda görməyirlər dərd-qəmdən əsər,Daima şadlıqla ömür sürürlər.Kim ki, o dünyada bəhrəsiz qalar.Onun bu dunyada başı ucalar.Kim ki, o dünyada acı qəm içər,Ömrü bu dünyada şadlıqla keçər».Sübhün işığıyla yanan asimanGecə xırmanında od vuran zamanZeyd öz yuxusundan ayıldı birdən,Hamıya söz açdı bu sirrlərdən,Kim ki, o dünyadan istəyir bir bar,Bu dünya keyfinə o ayaq basar.Bu aləm fanidir, quru torpaqdır,O aləm daimi, özü də pakdır.Doğrudur, əbədi, təmiz bir aləmFani bir torpaqdan yaxşıdır, desəm!Amandır, ağlını unutma ki, sənGülünü tikana dəyişməyəsən!Özün çıxarmasan mədəndən gövhər,Gövhər axtarma ki, müftə verməzlər.Eşqin hərəminə can ver, ey insan!Bəlkə özlüyündən can qurtarasan.Eşqin aləmində ox kimi süz sən,Uzaq düşməyəsən o nişanədən.Ox düz getdiyindən öz nişanına,Bil ki, layiq olmuş şah kamanına.Varlığın açarı eşq ilə insanQürur girdabından qurtarar, inan!Əgər qəm şərbəti olsa da zəhər,Eşqin əlləriylə şirin içilər.Baxma bu şərbətin acısı çoxdur,Saqisi eşq isə, qorxusu yoxdur.Dözülməz olsa da bu qəm, bu zillət,Xoşdur! Yaratmışsa onu məhəbbət.Artıq söz dəryası axıra yetdi,Ayıq ol ki, gəmi ədəmə getdi,Nizami! Allaha şükür edək biz,Mükəmməl qurtardı bu hekayəmiz.Bağlılar açarı olsun bu dastan,Oxuyub ağ günə çatsın hər insan.Əsər səadətlə yetişdi sonaUğurlu aqibət diləyək ona.