43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 13

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 13

NƏDƏNDIR?

Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?Bu dünyadə mənim ancaq yeganə istəyim var,Bəşər bir qəlbə sahibdir, belə şəbxun, nədəndir?Fəzayi-eşqdə pərvaz bərabər etmişik biz,Sənin mehrin gödək, eşqim mənim əfzun, nədəndir?Tutardın dost məni əvvəl, nədən mehri unutdun,Bu düşmənlik nədən doğdu, kənar oldun, nədəndir?Şəfa qıldım bütün naçar ürəklər harda varsa,Nizamiyə çatıb növbət, cəfa qıldın, nədəndir?