Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 18
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 18
HANI?
Könlüm evi xarab olub, dilbəri-cansitan hanı?Oğru xəzinə yardı bəs qorxulu pasiban hanı?Qafilə getdi, cərgədən mən necə qalmışam geri,Cəld miniyim deyin hanı, arxalı sarıban hanı?Mən gecəni sabahədək dost qapısında yatmışam,Yolçu isəm payım hanı, yoxsa ki, üstüxan hanı?Toplamısan, Nizami, bol ruzini bu cahanda sən,Bəs o cahan üçün nəyim var, elə bir əyan hanı?Baxsan cəmali-yarə, bir laləzar görərsən,Ruxsari-yar önündə gülzarı xar görərsən,Axtarma gül çəməndə, açmaz niqab qönçə,Çün hüsni-yar önündə hər güldə xar görərsən.Bir busə istəsən gər, sən ləli-yaridən bil,Oxlar səni o, könlün al qan olar, görərsən.Bir ömrdür qəmindən qəlbim qərarsız olmuş,Keçsə yüz il də böylə, sən bu qərar görərsən.Hərgah Nizami tək kim xudkamlığı unutsa,Vəslə irib olar şad ol qəmküsar, görərsən.