Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 22
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 22
* * *
Sən könlümü almaq da dilərsənmi, a dilbər?Solsun o böyük eşqinə bəslənmiş əməllər!Bir xeyli zaman var ki, açılmır o gül ağzın,Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.Hər kirpiyinə bir pəri məftuni-zəbundur,Zülfün dağılar, şurə gələr cümlə gözəllər.Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,Qibtə edəcək hüsnünə gün ayla bərabər.Əqlə gələcək hər nə ki, divanələrin var,Ruyindən əgər olsa kənar o qara tellər.Ruh nuş eləyər, ləli-ləbin badə vərərsə,Çəng, ney, kaman inlər, göz olar onlara sağər.Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,Mümkünsə, bizə lütf eləyib ruyini göstər.Tainki Nizami kimi hicranzadələr qoy,Bel bağlayaraq qulluğa, olsun sənə çakər.