43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 24

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 24

* * *

Qəm yemə, həqqə inan, fəryada qəmxaran çatar,Gücsüzün imdadına, bir gün gələr, yaran çatar.Daimi dövlət dilərsənsə, oyaq qal hər gecə,Aləm içrə sərvətə bidar olan insan çatar.Bir hümasənsə əgər, vər xirməni gəl sərçəyəSən ki, sağlamsan, əzizim, xəstəyə dərman çatar.Məst olub müflis, nədən bəs aşiq içmişsə şərab.Son günü gözlə, gələr, hüşyara da dövran çatar.Bal yeyən milçəkdir, amma odlanan pərvanədir,Oğru cib kəsdi, cəzayə doğrular hər an çatar.Sən qorun oxdan, alovdan, çünki sultan hərbidir,Bax, şəkər yağmaqdadır, meyl et, sənə ondan çatar.Ey könül, yoxdursa dostun barigahda, incimə,Şah çıxırkən ovlağa, səkbanə pay o an çatar.Ey Nizami, əl götür, ol böylə dövlətdən kənar,Bəlkə bir başqa diyarda işsizə imkan çatar.