Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 31
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 31
* * *
Hər gecə tədbir görür könlüm sənin hicranına.Sübh tezdən bənd olur eşqin şirin sultanına.Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,Başqa bir can varmı, yetsin başqa bir cananına?Günləri bayram kimi şirin keçər baxsan, gülüm,Sübh tezdən sən nəzər salsan əgər qurbanına.Varmı cür ət, qaldıram şəmşir sən tək atlıya,Başım üstə tutmuşam, vur zərbəni qalxanına.Məclisində mən kimi mehman gərək daim sənin,Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina.Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün.Ta Nizaminin qubarı qonmasın eyvanına.