Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 32
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 32
* * *
Nazlı yarım, camal göstər, bu gün-gülzar arzularam.Dodağından gəl busə vər, təzə nübar arzularam.Qəribədir, vüsalının bağçasında xar görməmiş,Ətir saçan, təravətli güllü gülzar arzularam.Səccadəmi, dəstarimi giröv qoymaq fikrindəyəm,Mey istəyir çünki ürək, bir də qumar arzularam.Somiədə sofilərdən əsla sədaqət görmədim,Səhər tezdən şərab içmək, xumar-xumar arzularam.Bir əlimdə piyalədir, bir əlimdə yarın zülfü,Rüsvay olub gəzmək üçün, mən bir bazar arzularam.Amma məni ayaqlayıb, vurub ikiəlli başaRəqs etməkçin bir dövrdə mən ehrarlar arzularam?De, mədrəsə kandarında çoxmu qoyum baş torpağa?Gəzib kafər məbədini, quru divar arzularam.Dostlar hamı dönük çıxdı, əqrəbsüfət oldu bu gün.Onlardansa, mən söhbətə xallı şahmar arzularamEşqə düşüb könül vermək, əlindədir hər aşiqin,Gözəllərlə ürəyimi mən bərqərar arzularam.Hicranının acısından canım gəldi dodağıma,Ləlindən busə bəxş elə, mən şəkərbar arzularam.Busə almaq dodağından Nizaminin həyatıdır,Cahandar şah, kərəm eylə, muradım var, arzularam.