Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 33
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 33
* * *
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey dini sevən, gəl rəhi-biganədən əl çək!Qəlbimdəki şəmim kimi yan, canıma nur saç,Fırlanma əbəs, adəti-pərvanədən əl çək!Canü dilimi almısan, ey pərdənişin yar,Bipərdə danış, pərdeyi-kaşanədən əl çək!Meyxaneyi-eşqində ki, məstanə yıxıldım,Sərməstləri qovma bu meyxanədən, əl çək!Ya gül kimi al rəngimi, ya ətrimi qaytar,Ya quş kimi sal damına, ya danədən əl çək!Şahin kimi məskən sənə şahlar əli olmuş,Qovma iki-üç qarğanı viranədən, əl çək!Məstəm sənin eşqində, vüsalınla ayılt gəl,Qarə qulunam, şivəyi-türkanədən əl çək!Əfsanə deməzlər, gözəlim, sübh açılanda.Sübhün açılıb, sən dəxi əfsanədən əl çək!Çox söyləmişəm, söyləyirəm bir də, Nizami,Can qoy rəhi-eşqində, bu peymanədən əl çək!