43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 35

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 35

SƏNSIZ

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,Hicrinə yandı canım, yox daha taqət sənsiz!Başqa bir yarı necə axtarım, ey nazlı mələk,Bilirəm, sən də dedin: «Yox yara hacət sənsiz»!Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!Nə gözüm var — arayım mən səni, bəxtim də ki yol,Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!Sən Nizamidən əgər arxayın olsan da, gülüm.Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!