43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 38

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 38

* * *

Gər qürurin yox isə, lütf elə, meyxanəyə gəl,Nərd atıb, badə içib kafər olan xanəyə gəl.Küfr islam olar axtarmayasan illətini,Sərsəri uymayacaq böylə bir əfsanəyə, gəl!Eyşü işrətdə, gülüm, fürsəti fövt eyləmə heç,Həmdəm ol meylə dolu nəşəli peymanəyə gəl.Nə çıxar boş danışıqdan, arayıb gəzməkdən?Durma, mərd söhbətinə, məclisi-cananəyə gəl!Ey Nizami, hər iki aləmi, boş şeydir, unut!Sən ki, aşiqlərə tacsan, kuyi-şahanəyə gəl!