43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 44

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 44

* * *

Yenə tövbə evimi eşq xərab etmədədir,Aşıq iftarını sevda meyi-nab etmədədir.Könlümə bir mələyin sevgisi od saldı, adı,Günü də Zöhrəni də göydə sərab etmədədir.Onun eşq atəşi hər qəlbə girər, amma nədən.Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm.Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.Ahu gözlüləri yatmış zaman ovlar ovçu,Əmr röyadə şikar olmağa tab etmədədir.Məsləhətdir, məni qovmaqdan isə versin əzab,Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.Gər Nizamini xəta isə həlak etdirmək,Aşiqəm, yar məni öldürsə səvab etmədədir.