43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 51

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 51

* * *

O mişk tellərin sənin məzhəbi-dilbəri tutub,O zülmkar qəmzələrin rəsmi-sitəmkəri tutub.Gül üzünü görən bəşər bağladı bel qul olmağa,Canını azad eyləmiş, rütbeyi-çakəri tutub.Bədnəzərin xətasına düşməyəsən deyə, səhərBir dua eylədim sənə, əldə o dəftəri tutub.Layiqin olmasam da mən, yaş-quruma döz, ey gülüm!Göz yaşım axdı sel kimi, gör ki, o hər yeri tutub.Səninlə ilk dovda canı ucuz tutub, uduzmuşam,Eyləmə eşqə hiylə sən, rütbeyi-davəri tutub.Məsiha möcüzü kimi möcüzə göstərir ləbin.Səni Nizami Gəncəvi eşqdə rəhbəri tutub.