Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 52
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 52
* * *
Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən,Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən!Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar!Getməmiş canım əlimdən mənə canan ol sən!Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an,gəl axıtma qanımı, can vərəcək can ol sən!Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil,Çəkdiyim dərd ki sənindir, barı dərman ol sən!Nə qədər od olub odlar vuracaqsan canıma,Bir saat məclisimə sünbüli-reyhan ol sən!Kakilin ay çətiri, mişk saçır zülflərin,Bir qulundur bu Nizami, ona sultan ol sən!