Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 53
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 53
* * *
Nə gözəl, nə xoş gəlibdir belə daimi qəmin, yar.Onu şadlığa dəyişməm, edirəm buna yəmin, yar.Daha xoşdu cövrü yarın, buna sən nə cür baxırsan?O şirin nəvazişindən daha xoş gəlir səmin, yar.Mən oyam, bacarmasam da, sənə xidmətim olur çox,Sən osan ki, etməyir heç mənə çarə bir əlin, yar.Dedin: «istə vəsl məndən», «tələsir ömür» dedim mən,Bu ömürlə vəslə yoxdur gümanım çatam yəqin, yar.Sənə oxşamaz gözəllər, mələyim, tayın ki, yoxdur,Ürək özgəni sevərmi, buna olgilən əmin, yar.