43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 54

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 54

* * *

Bu gecə yatmaq nədir, xoşdur kef etmək sübhədək,Başqa gün mümkün yatıb məqsuda yetmək, sübhədək,Gah səni canə çəkib, gah da göz üstə, ey nigar,Gah sinəmdə, gah könüldə yer düzəltmək sübhədək.Bir badamdır gözlərin, şirin şəkərdir ləblərin,Aşiqə xoşdur səninlə işrət etmək sübhədək.Ayrılıqdan mən dünən qəmlər yedim, olcaq gecəBaşıma vəslin bu gün tac qoydu gerçək, sübhədək,Canı qurbanın dedim, indi sənindir ixtiyar,Nəqş vur, meydan oxu, nərd oyna mərd tək sübhədək.Zülfünü bük tövbə tək, şamə kimi gəl busə vər,Tövbəni zülfün kimi sındır da, mey çək sübhədək.Gəl bu axşam lütf elə, dinlə Nizami şerini,Qapını bir kimsə açmaz, baxma, göz çək, sübhədək.