Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 55
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 55
* * *
Yol çətin, aləm qaranlıq — atını bir yanə çək,Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək,Qov könül bağça-bağından bu qara qarğaları,İmtahan eylə, hüma quşlarını meydanə çək.Könlümə oldunsa məhrəm, ey gülüm, aç pərdəni,Hikmətin şərbətini al, başına mərdanə çək.Əhli-ruh məclislərində heç zaman olma ağır,Saqi tək, iç al şərab, hər işini səhmanə çək.Məşğul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,Əz cəhənnəm başını, bir də qələm rizvanə çək.Gərçi ruh aləminin hikmətinə çatdı əlin,Ərşi titrət, gərdişin iplərini məstanə çək.Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,Baxmadan gör, surəti-peymanəsin gəl canə çək.Ey Nizami, bu qədər əsrar ki, sən açmısan,Anlayan yox rəmzini, bəsdir, onu pünhanə çək.