43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 56

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 56

* * *

Ruhanilər qibləsi oldu, bu tərsayə bax!Hanı müsəlmançılıq, ol büti-zibayə bax!Qibləm onun gül üzü, günsə onun qibləsi,Surətinin qibləsi şölə saçır ayə, bax!Açdım o büt önündə mən də bu səccadəmi,Gör nə vuruldum bütə, mən kimi rüsvayə bax!Kilsə bu dövrlərdə həmdəm olur çeşməyə,Çeşmə ürək qanımdır, göz yaşı dəryayə bax!Qırx il olur zahidəm, aləm aşikar bilir,Xəlvəti kafir oldum, indi bu sövdayə bax!Ötən gecə çalmışam həlqəsini gilsənin,Xaç mənə vermiş cavab: — Rahibi-şeydayə bax!Nəğmeyi-Davud kimi ucaldı zəngin səsi,Mülki-Süleymani gör, bir belə kilsayə bax!Zülfi çəlipa gözəl etdi məni bütpərəst,Düşdü pərişan halım şöhrəti dünyayə, bax!«Nədən dönübdür dedim, kilsəyə kəbə?» — dedi:— Gənc evi viranədir, Nizami, mənayə bax!