Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 57
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 57
* * *
Eşq der: «At Kəbəni, gəl talibi-bütxanə ol!»Əmr edir canan ki: — Aşiqsən əgər, divanə ol!Eşq zəncir istəməz, azad yaşar hər qeyddən,Sən ki, eşqə aşinasan, hər şeyə biganə ol!Danə ol qəm quşlarına yar kuyində, könül,Vəsli-yarə yetməyə, şəmə dolan, pərvanə ol!Sərvi-azadi gəzib, vurma bəzək nərgizlərə,Hökmrana bəndə ol, gəncinəyə viranə ol!Söylədin, sirr kasəsindən içmişəm, nuş et, nolur.Getmə gəl yar kuyinə, getsən əgər mərdanə ol!Zərrə idin bir zaman, dön indi də bir xurşidə,Tor idin sən quşlara, gəl, ey gözəl, bir danə ol!İstəsən canan yanında bir gün olsun söhbətin,Sən də dillərdə Nizami tək çalış, əfsanə ol!