43767.fb2 Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 59

Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 59

* * *

Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,İnanma, bir daha burdan qəribi-karivan keçsin.İtən gənclik soraqilə qocalar yer süründükcə,Büküldü bel, bu mümkünmü ömür daim cavan keçsin?Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!Canı can verib alsaydın bilərdin qədrini şəksiz,Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin,Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,Günün istər qara keçsin, ya istər şadiman keçsin.Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,Əlində saqinin gəlsin şərabi-ərğvan keçsin!