Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 6
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 6
GÖRÜNÜR
Közüm aydın, gözümə surəti-canan görünür,Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.Allaha şükr edirəm, ey gözümün nuru, bu günYar gəlib göz önünə, sərvi-xuraman görünür.Ayrılıq zəhrini daddım, acı da olsa, visalİki dünyayə dəyər, eylə ki, hicran görünür?Səni bir dəfə görənlər güvənir eşqimizə,Nə üçün gözlərin, ey dil, belə giryan görünür?Eşqini canım ilə bəslədi birlikdə könül,Onsuz, ey sevdiciyim, can evi viran görünür.Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.Şadlığından alışıb yandı Nizami, dedi ki:«Gözüm aydın, gözümə surəti-canan görünür».