Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 8
Q?z?ll?r - читать онлайн бесплатно полную версию книги . Страница 8
SÖZ
Sözün de su kimi lətafəti var,Hər sözü az demək daha xoş olar.Bir inci saflığı varsa da suda,Artıq içiləndə dərd verir su da.İnci tək sözlər seç, az danış, az dinQoy öz sözlərinlə dünya bəzənsin.Az sözün incitək mənası solmaz,Çox sözün kərpiçtək qiyməti olmazƏsli təmiz olan saf mirvarilarSuya və torpağa min bəzək vurar.Mədənlə dolsa da hər bir xəzinə,Hər kiçik zərrəsi dərmandır yenə.Ürəyi oxşayan bir dəstə çiçəkYüz xırman otundan yaxşıdır gerçək!Yüz ulduz yansa da göylərdə, inan,Bir günə baş əymək xoşdur onlardan.Göydə parlasa da nə qədər ulduz,Günəşdir nur verəön aləmə yalnız.