43782.fb2
Sən mənim qəlbimin tacı, sərvəti.
Qəlbimmi məst olub yalanla şah tək?
Gözümmü əks edir bu həqiqəti,
Sənin pak sevginlə sehirlənərək?
Onun şəfəqində, nurunda çimən
Ən çirkin dəyişib olur ən gözəl,
Şəkilsiz, biçimsiz nə varsa, hökmən
Sənin gül hüsnünə dönür əlbəəl.
Ah, gözüm qəlbimə danışır yalan,
Gözüm bilir nədir ürəyimdəki,
— Bir qədəh doldurur könlü oxşayan,
Qəlbim də nuş edir bir kral təki.
Badə zəhərlisə, qınama gözü,
Onu əvvəl içən özüdür, özü.