43782.fb2
Elə ki, iştaha küsdü, acı, turş
Yeməklər yeyirik, dostum, həmin gün.
Peyvəndlə özümüz oluruq naxoş
Sonra xəstəliyə düşməmək üçün.
Mən də doyub şirin, xoş ülfətindən
Nankora, nadana bənd olmuşdum, bənd.
Doğrusu, bezmişdim səadətindən,
Onu xəyanətlə eylədim peyvənd.
Sevincim, fərəhim getdi əlimdən,
Mənə dərd gətirdi peyvənd üstəlik.
Əbədi sevginçin xəstələndim mən,
Sevgini əbədi aldı xəstəlik.
Öyrənib dərk etdim bunu, doğrudan,
Sevgi xəstəsinə zəhərdir dərman.