43782.fb2
Çətindir naz-qəmzən, ağırdır hökmün,
Məğrur gözəllər tək amiranəsən.
Çünki bilirsən ki, dəli könlümün
Ən gözəl, ən zərif daş-qaşı sənsən.
Deyirlər: qərq etməz qara bənizlər
Sevən bir ürəyi göz yaşlarına.
Dinmirəm, dilimdə çatmayır hünər,
Heyranam könlümün təlaşlarına.
Hər zaman sən mənim xəyalımdasan,
Qəlbən and içirəm: eşqim gerçəkdir.
Buna bir şahiddir göz yaşı, fəğan;
Sənin qara üzün mənə qəşəngdir.
Bənizin. qaradır, bu dərd deyil, bax,
Əməlin qaradır, dərd budur ancaq.