43782.fb2
Qəlbimlə gözlərim vuruşurdular,
Bölə bilmirdilər səni heç cürə.
Gözlərim hüsnündən olmurdu kənar,
Qəlbim bir mücrüydü, sanki, o dürrə.
Qəlbim and içirdi hey yana-yana,
Səni yaşadır o, gözlərdən xəlvət.
Gözlərim etiraz edirdi buna,
Deyirdi: məndədir o gözəl xilqət.
Ağlım bu döyüşə bir hakim kimi
Son qoydu, hər şeyi araşdırdı o.
Aydın gözlərimlə təmiz qəlbini
Dost edib, əbədi barışdırdı o.
Hər kəs qismətini bildi bir
kərə: Qəlbi qəlbə verdi, hüsnü gözlərə.