43782.fb2
Qəlbimlə gözlərim olub mehriban,
Həmişə tən bölür dərd-qubarını.
Gözlərim hüsnünü axtaran zaman
Qəlbim çəkir ağır intizarını.
Gözlərim qəlbinə yetirir soraq
Baxanda hüsnünə — gül rüxsarına.
Qəlbim gözlərimi eyləyir qonaq
Şirin, sevgi dolu arzularına.
Sevginlə, hüsnünlə yaşayıram mən,
Gecə də, gündüz də birlikdəyik biz.
Sən çıxa bilməzsən mənim fikrimdən,
Axı, düşünmürəm bir an da sənsiz.
Yuxuda rast gəlsə gözlərim sənə,
Oyadır qəlbimi hüsnünlə yenə.