43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 50

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 50

52

Kütləşməsin deyə zövqü, nəşəsi

Dövlətli inciylə əylənir hərdən.

Mücrünü açdıqca artır həvəsi,

Həmin dövlətliyə bənzəyirəm mən.

Bayramlar gətirir özüylə gülüş, —

Heyif ki, il boyu çox azdır onlar,

Gözəl həmayildə seyrək düzülmüş

Ən parlaq incidir, almazdır onlar.

Səni öz qoynunda gizləyib zaman, —

Zaman bir sandıqdır nəhəng, yeganə.

Xoşbəxt bir saatda açılıb bir an

Parlaq zinətini göstərir mənə.

Vüsalın sevinclə yad edir məni,

Hicranın ümidlə şad edir məni.