43782.fb2
Gül hüsnün daha da görünür qəşəng,
Çünki vəfan bəzər onun ruhunu.
Qızılgül açılıb olsa da rəng-rəng,
Zinəti ətridir, kim bilmir bumu?
Vardır itburnunda ən gözəl boya,
Sanki yaranıbdır qızılgüllə tən.
Tikandan asılıb rəqs edir, guya,
Yayın mehi ilə çıxıb qönçədən.
Onun gözəlliyi — öz ləyaqəti,
Bir azdan məhv olur faydasız, hədər.
Qızılgülün belə deyil xilqəti,
Soldumu, çevrilib ətirə dönər.
Zaman solduranda gül surətini,
Şerlərim saxlar sədaqətini.