43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 53

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 53

55

Şahların surəti — mərmər heykəllər

Dözümdə şerimə bərabər olmaz.

Nəğməmdə qalarsan daim təzə-tər,

Daşlar toza dönər, tozdan ayrılmaz.

Döyüşlər dağıdar abidələri,

Qalmaz saraylardan bir iz, yadigar.

Hərbin alov saçan qanlı xəncəri

Sənin surətindən uzaq dolanar.

Ölümün gözünə dik baxa-baxa

Hər cür ədavəti keçib aşarsan,

Gələn nəsillərlə gedib sabaha

Bu dünya durduqca sən də yaşarsan.

Ta qiyamət günü çatana qədər

Mənim şerlərim seni hifz edər.