43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 54

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 54

56

İştah ki korşaldı artıq yeməklə,

Aclıq itiləyər onu almaz tək.

Mənim məhəbbətim, alış ürəklə,

Alovlan həsrətlə itilənərək.

Gözlərin baxmaqdan bu gün doydumu,

Sabah da gözlərin qoyma qapana.

Öz gözəl ömrünü, zərif ruhunu

Əbədi mürgüylə yetirmə sona.

İndi qoşa gəzən sevdalı gənclər

Yenə bu sahildə görüşən zaman

Dəniz tül geyinər, hər dalğası zər,

Qoy belə dənizə bənzəsin hicran.

Lap qışa oxşasın, çoxsa cəfası,

Yayda daha gözəl olar səfası.