43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 55

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 55

57

Mən sənin qulunam ömrüm uzunu,

Qarşında baş əymək ləyaqətimdir.

Sənin hər əmrini, hər bir arzunu

Yerinə yetirmək səadətimdir.

Dəhşətsə hicranın dərdi, qubarı,

Sənə nə haqqım var bir söz deyim mən.

Tükənməz, üzücü, ağır anları

Cürətim çatmır ki, lənətləyim mən.

Qısqanclıq oduyla alışır sinəm.

Haradasan, yanında indi kimlər var?

Bədbəxt bir qul kimi fikirləşirəm:

Xoşbəxtdir səninlə birgə olanlar.

Eşqindən od tutub yanır pərvanə,

Neyləsən, haqq sanır onu divanə.