43782.fb2
Əgər yaranmırsa heç nə yenidən,
Daim dövr edirsə əvvəl olanlar,
Yenilik naminə dərd çəkək nədən?
Keçmiş nəsilləri edirik təkrar.
Günün beş yüz dəfə dövr etməsini
Gətir xəyalına, bir yetir nəzər,
Sözlə əks olunmuş qədim əksini
Qədim kitablarda tap, mənə göstər.
Söyləyim: o vaxt ki kamil insanlar
Nə deyə bilərdi bu gül hüsnünə.
Bizmi irəliyik, yoxsa ki onlar,
Yoxsa dəyişməmiş cahanda heç nə.
Əvvəlki dahilər, hiss edir ürək,
Vurublar misə də qızıldan bəzək.