43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 59

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 59

61

Sənin hökmünləmi gözəl surətin

Gecələr yuxumu əlimdən alır?

Başımın üstündə dayanıb mətin,

Göz qapaqlarımı kəməndə salır?

Sənin pak ruhunmu uçub yanıma

Bütün işlərimə nəzarət edir?

Dönüb qısqanclıqdan yanar bir şama,

Tapıb qüsurumu, məzəmmət edir?

Ah, sənin sevgində bu qüdrət hanı,

Gəlib əhvalımdan tuta bir soraq?!

Mənim öz sevgimdir çəkən cəzanı,

Gedib keşiyində dayanır oyaq.

Yuxum uzaq olar gözümdən, bilsən,

Necə ki sən mənə yaxın deyilsən.