43782.fb2 Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 60

Sonetl?r - читать онлайн бесплатно полную версию книги . Страница 60

62

Xudbinlik gözümə pərdə çəkərək

Ruhuma, qanıma hakim olubdur.

Bu dərdə tapılmır bir çarə, kömək,

Bu dərd ürəyimə rişə salıbdır.

Elə sanıram ki, mənim üzümdən

Qəşəng üz tapılmaz heç bir insanda.

Görkəmdə, qamətdə yeganəyəm mən,

Hamıdan yüksəyəm, təkəm cahanda.

Güzgü həqiqəti göstərir mənə,

Görürəm üzümü tutub qırışlar.

Düşüncəm deyişib dönür tərsinə,

Xudbinlik bəladır — amansız, qəddar.

Yox, yox, öyünməyim deyildir əbəs;

Özümü səninlə etmişəm əvəz.